Elvin Camalov və Bəxtiyar Həsənəlizadə ilə 1 illik yeni müqavilə imzalayan «Sabah» daha bir futbolçunun heyətdə qalması ilə bağlı razılıq əldə edib.
Masazır təmsilçisi Zurab Oçiqava ilə anlaşma əldə edib. Gürcü əsilli ukraynalı legioner gələn mövsümü də burada keçirəcək. Adıçəkilən müdafiəçinin cari mövsümdə Premyer Liqada 3 qol vurmasını xatırladaq.